525.Az

ABŞ Qəzzaya 13-cü humanitar hava yardımını çatdırıb


 

ABŞ Qəzzaya 13-cü humanitar hava yardımını çatdırıb<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Fələstinlilərin əsas ehtiyacları üçün Qəzzanın şimalına 13-cü dəfə yardımın hava yolu ilə çatdırıldığını açıqlayıb.

525.az xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada: "ABŞ Mərkəzi Komandanlığı davam edən qarşıdurmalardan zərər çəkmiş mülki şəxslərə humanitar yardım göstərmək məqsədilə 17 mart 2024-cü il yerli vaxtla saat 12:06-da Qəzzanın şimalına havadan humanitar yardım həyata keçirib", - deyə bildirilib.

Qeyd edək ki, paraşütlə atılan yardım paketlərində ən az 28 min 800 hissəlik yemək və 34 min 500 yarım litrlik şüşə su olduğu açıqlanıb.

Məhəmməd Tağıyev

 





18.03.2024    çap et  çap et