525.Az

Hər gün istefa etməyi düşünürəm - Trüdo


 

Hər gün istefa etməyi düşünürəm - <b style="color:red">Trüdo</b>

Kanadanın Baş naziri Castin Trüdo müsahibəsində işindən şikayətlənib.

525.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo siyasi gələcəyi ilə bağlı artan suallarla üzləşərkən, sorğular onun kanadalılar arasında populyarlığını getdikcə itirdiyini göstərir.

Trüdo 24 dəqiqəlik müsahibəsində: "Mən hər gün işimi tərk etməyi düşünürəm. Bu iş üçün çılğın fədakarlıqlar verirəm. Təbii ki, bu çox çətindir. Bəzən çox narahatedici olur", - deyib.

Qeyd edək ki, Kanadada növbəti ümumi seçkilər 2025-ci ilin oktyabrına qədər keçirilməlidir.

Məhəmməd Tağıyev

 





18.03.2024    çap et  çap et