525.Az

Astarada 2 ton ot bağlaması yanıb


 

Astarada 2 ton ot bağlaması yanıb<b style="color:red"></b>

Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb.

525.az xəbər verir ki, bu baradə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





19.03.2024    çap et  çap et