525.Az

"Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyəti yoxdur" -  Zaxarova


 

"Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyəti yoxdur" - <b style="color:red"> Zaxarova</b>

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyəti yoxdur, bu, İrəvan hakimiyyətinin səlahiyyətidir".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında bildirib.

"Bu onların Qərblə məsləhətləşmələrinin nəticəsidir", - Zaxarova əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş naziri sərhədyanı kəndlərin sakinləri ilə söhbəti zamanı deyib ki, İrəvan Bakının bir sıra sərhəd kəndlərinin Azərbaycana verilməsi ilə bağlı tələblərini yerinə yetirməsə, həftənin sonuna qədər müharibə başlayacaq.

 





19.03.2024    çap et  çap et