525.Az

Azərbaycanda yeni idman kanalına lisenziya verilib


 

Azərbaycanda yeni idman kanalına lisenziya verilib<b style="color:red"></b>

Azərbaycan “Sport TV" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı: “Sport TV”) lisenziyası verilib.

525.az xəbər verir ki, bu barədə Audiovizual Şurasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Bundan başqa, qəbul olunmuş müvafiq qərara əsasən “AZ-EVRO TEL” MMC-yə (operator xidmət adı: “Azeurotel”) sadə platforma operatoru lisenziyası verilib.

 





19.03.2024    çap et  çap et