525.Az

Azərbaycan - İngiltərə oyununun hakimləri bilindi


 

Azərbaycan - İngiltərə oyununun hakimləri bilindi<b style="color:red"></b>

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb. 

525.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb. 

Baş hakim Antoni Bandiçə yan xətt hakimləri qismində Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də "Azersun Arena"da keçiriləcək Azərbaycan - İngiltərə oyunu saat 16:00-da başlayacaq. 

 





19.03.2024    çap et  çap et