525.Az

"Fənərbaxça" Türkiyə Superliqasından ayrıla bilər


 

"Fənərbaxça" Türkiyə Superliqasından ayrıla bilər<b style="color:red"></b>

"Fənərbağça"nın İdarə Heyəti cari Türkiyə çempionatından çıxmaq barədə qərar qəbul edə bilər.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məsələ direktorlar şurasının aprelin 2-də baş tutacaq növbəti iclasında müzakirə olunacaq.

İstanbul təmsilçisinin rəhbərliyi komandanın bu mövsüm ölkə çempionatında üzləşdiyi mənfi halları dəyərləndirəcək və buna əsasən qərar qəbul edəcək.

Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" oyunundan (2:3) sonra qalmaqal yaşanıb. 

"Fənərbaxça" futbolçuları qazandıqları qələbəni qeyd edərkən "Trabzonspor"un azarkeşləri meydana daxil olublar. Onlar İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. Bu vaxt tərəflər arasında dava olub. Davaya təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Daha sonra isə "Fənərbaxça" futbolçuları paltardəyişmə otağına yollanıblar. 

 





19.03.2024    çap et  çap et