525.Az

İtaliyada qapalı qalan 3 xizəkçi helikopterlə xilas edilib


 

İtaliyada qapalı qalan 3 xizəkçi helikopterlə xilas edilib<b style="color:red"></b>

İtaliyada bir dağda 2300 metr hündürlükdə qapalı qalan 3 xizəkçi helikopterlə xilas edilib.

525.az xəbər verir ki, İtaliyanın Piedmont bölgəsindəki Mondole dağında 2300 metr yüksəkliyə qalxdıqdan sonra qapalı qalan 3 xizəkçi üçün xilasetmə əməliyyatı aparılıb.

Şənbə günü baş verən hadisədə helikopterlə bölgəyə gələn yanğınsöndürmə briqadasının xilasetmə qrupu iplərlə endikdən sonra xizəkçilərin olduğu yerə çıxıb.

Qeyd edək ki, qapalı vəziyyətdə qalan xizəkçilərin xilas edildiyi və sağlamlıqlarının yaxşı olduğu bildirilib.

Məhəmməd Tağıyev

 





19.03.2024    çap et  çap et