Çinin milli neft şirkəti ölkənin şimal ucunda, Koreya yarımadasının qərbində yerləşən Boxayvan dənizində 100 milyon tonluq neft ehtiyatının aşkar edildiyini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) məlumat yayıb. Belə ki, Boxayvan dənizində aparılan araşdırmaların nəticələrinə görə, körfəzdəki Tianjin şəhərindən təxminən 200 kilometr aralıda yerləşən "Qinhuangdao 27-3" neft yatağında yeni ehtiyat aşkarlanıb.
Boxayvan dənizində orta dərinliyi 25 metr olan neft yatağında təqribən 100 milyon tonluq orta ağır neft aşkar edilib.
Qeyd edək ki, şirkət 2024-cü ildə 700-720 milyon barel neft hasil etməyi hədəfləyir.
Məhəmməd Tağıyev
çap et