Kuba ABŞ-nin Havanadakı səfirliyinə etiraz notası göndərərək, ölkədə ərzaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən keçirilən nümayişlərlə bağlı hökuməti tənqid edib.
525.az xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyi ABŞ-nin Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benyamin Ziffə etiraz notası göndərildiyini açıqlayıb. Belə ki, Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio ABŞ-nin şərhini Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik adlandırıb.
ABŞ-nin Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio, nümayişlərə səbəb olan problemlərdə ABŞ-nin də məsuliyyət daşıdığını bildirib.

Məhəmməd Tağıyev
çap et