525.Az

Nigeriyada hərbi əməliyyat: 11 ölü


 

Nigeriyada hərbi əməliyyat: <b style="color:red">11 ölü</b>

Nigeriyanın Delta əyalətindəki hücumlarda 16 əsgərin həyatını itirməsindən sonra həyata keçirilən əməliyyatda 11 nəfər həlak olub.

525.az xarici mediaya istinadən xəbər verir ki, ordu Delta əyalətinin qonşusu Bayelsa əyalətinin Cənubi İjav bölgəsində əsgərlərin öldürülməsində iştirak etdiyi deyilən silahlı liderin sığınacağına əməliyyat keçirib.

Həftəsonu Nigeriyanın Delta əyalətində sülhməramlı xidmətdə olan əsgərlərə edilən hücumda iki mayor və bir kapitan olmaqla 16 əsgər həyatını itirib.

Qeyd edək ki, Prezident Bola Əhməd Tinubu silahlı hücumu törədənlərin tutulması üçün göstəriş vermişdi.

Malik Atilay

 





19.03.2024    çap et  çap et