525.Az

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub


 

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Çanaqqala zəfərinin 109-cu ildönümünə həsr olunmuş “Geri dönməyi düşünmədilər” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı İstanbul Liseyinin dəstəyi, ADPU Gənc Məzunlar Assosiasiyası və Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilib.

Bu barədə 525.az-a universitetdən məlumat verilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov qeyd edib ki, 1915-ci il martın 18-i nəinki Türkiyənin, ümumilikdə Türk və İslam dünyasının tarixinə qanla yazılmış şərəfli bir tarix, dünya tarixinin gedişini dəyişdirən qəhrəmanlıq nümunəsidir.

Vurğulanıb ki, Çanaqqalada bütün türk xalqlarının nümayəndələri, eləcə də azərbaycanlılar əzmlə savaşıb və bu döyüşlərdə 3 min soydaşımız qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ötən il Çanaqqala Şəhidliyi Kompleksi ərazisində Azərbaycan şəhidlərinin xatirə abidəsinin açılış olub. Bu, bir daha Türkiyə və Azərbaycan dövlətləri və xalqlarının nə qədər sıx tellərlə bir-birinə bağlı olduğunu göstərir.

Çıxış edən Bakı İstanbul Liseyinin Türk bölməsinin rəhbəri Səid Örbeyi Çanaqqalanın Vətən və millət sevgisinin zirvəsi, dünyanı heyrətə gətirən mübarizə rəmzi olduğunu diqqətə çatdırıb və İstiqlal marşından bir hissəni səsləndirib.

Tədbirdə Çanaqqala zəfəri ilə bağlı videoçarx təqdim edilib. Tədbir musiqili-bədii hissə ilə davam edib.

Sevinc Qarayeva

 





19.03.2024    çap et  çap et