525.Az

Cənubi Afrika XİN baş direktoru əvvək Kiyevə, sonra Moskvaya səfər edəcək


 

Cənubi Afrika XİN baş direktoru əvvək Kiyevə, sonra Moskvaya səfər edəcək<b style="color:red"></b>

Cənubi Afrikanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin baş direktoru Zane Danqor bu həftə Kiyevə səfərini başa vurduqdan sonra Ukrayna üzrə diplomatik missiya ilə Moskvaya səfər etməyi planlaşdırır.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Afrika ölkəsinin Moskvadakı səfirliyindən məlumat verilib.

“Kiyevə səfərdən sonra Moskvaya da analoji səfərin planlaşdırılacağı gözlənilir. Cənubi Afrika hazırda böhranı həll etmək üçün həm Rusiya, həm də Ukrayna ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstərir”, - səfirlikdən bildiriblər.

 





19.03.2024    çap et  çap et