525.Az

3-cü dəfə A seriyası klubunun baş məşqçisi təyin olundu


 

3-cü dəfə A seriyası klubunun baş məşqçisi təyin olundu<b style="color:red"></b>

“Salernitana”nın yeni baş məşqçisi müəyyənləşib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Stefano Kolantuono təyin edilib. O, istefaya göndərilmiş Fabio Liveranini əvəzləyib.

S. Kolantuono daha əvvəl 2017/18 və 2021/22 mövsümlərində "Salernitana"nı çalışdırıb.

Xatırladaq ki, “Salernitana” A Seriyasında 29 oyuna topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb.

 





20.03.2024    çap et  çap et