525.Az

İsrail ordusu Qəzzada 90-dan çox radikalı zərərsizləşdirib


 

İsrail ordusu Qəzzada 90-dan çox radikalı zərərsizləşdirib<b style="color:red"></b>

İsrail hərbçiləri Qəzza zolağında "Əl-Şifa" tibb mərkəzinin ərazisində əməliyyat və reydləri davam etdirir.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, azı 90 radikal zərərsizləşdirilib, terror fəaliyyətində iştirakda şübhəli bilinən 300-dən çox adam dindirilib.

Qeyd edilib ki, daha 160 şübhəli dindirilmək üçün İsrail ərazisinə göndərilib.

 





20.03.2024    çap et  çap et