525.Az

"Real"ın qapıçısı əməliyyat olundu


 

"Real"ın qapıçısı əməliyyat olundu<b style="color:red"></b>

“Real”ın ötən gün zədələnən futbolçusu Tibo Kurtua əməliyyat olunub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı qapıçı sağ dizindən əməliyyat edilib.

Onun nə vaxt sıraya döncəyi hələlik dəqiq bəlli deyil. Ancaq həkimlərin rəyinə görə qapıçı ən azı 2 ay məşq edə bilməyəcək.. Bu isə o deməkdir ki, Kurtua üçün mövsüm başa çatıb.

Qeyd edək ki, Tibo Kurtua zədə səbəbindən 2023/2024 mövsümündə heç bir oyunda meydana çıxmayıb.

 





20.03.2024    çap et  çap et