525.Az

Yaponiyada zəlzələ olub


 

Yaponiyada zəlzələ olub<b style="color:red"></b>

Yaponiyanın şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Totiqi prefekturasında, 50 km dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində hər hansı tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ İbaraki, Saitama, Çiba və Tokio prefekturalarında hiss olunub.

 





21.03.2024    çap et  çap et