525.Az

Messi məşqlərə başladı


 

Messi məşqlərə başladı<b style="color:red"></b>

Argentina millisinin mart ayında keçirilən təlim-məşq toplanışında zədə səbəbindən iştirak edə bilməyən "İnter Mayami"nin hücumçusu Lionel Messi yenidən meydanda məşqlərə başlayıb.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu fizioterapevtin nəzarəti altında fərdi məşqlərə başlayıb.

Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika komandası ilə qarşılaşacaq.

 





21.03.2024    çap et  çap et