525.Az

"Barselona" heç bir məşqçi ilə danışıq aparmayıb"


 

"Barselona" heç bir məşqçi ilə danışıq aparmayıb"<b style="color:red"></b>

"Barselona"nın idman direktoru Deko Yurgen Klopp və  Mikel Arteta ilə danışıqlar apardıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, yeni baş məşqçi seçimi ilə bağlı hələ qərar vermədiklərini vurğulayıb:"Mən Luis Enrikeni bəyənirəm, o, top-məşqçidir. Pep Qvardiola da, Yurgen Klopp da. Lakin biz onlarla ümumiyyətlə danışmamışıq. Bu məşqçilərin adını çəkməyin mənası yoxdur. İndiyədək heç kimlə əlaqə saxlamamışıq”.

Qeyd edək ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

 





21.03.2024    çap et  çap et