525.Az

Xavi cəzalandırıldı


 

Xavi cəzalandırıldı<b style="color:red"></b>

"Barselona"nın baş məşqçisi Xavi La Liqada 2 oyunluq cəzalandırılıb.

QOL.az "Relevo"ya istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin "Atletiko" ilə son matçda qırmızı vərəqə alması olub.

O, martın 30-da "Las Palmas"la və aprelin 13-də "Kadis"lə qarşılaşmalarda texniki zonada yer ala bilməyəcək.

Xatırladaq ki, martın 17-də La Liqanın 29-cu turu çərçivəsində “Atletiko” “Barselona” ilə qarşılaşıb. Komandalar Madriddəki "Civitas Metropolitano" stadionunda çıxış ediblər. Oyun Kataloniya təmsilçisinin xeyrinə başa çatıb - 3:0. 41-ci dəqiqədə Xavi sərt şəkildə hakimdən narazılığını bildirdiyi üçün sarı vərəqə alıb.

Bir neçə dəqiqə sonra daha bir oxşar faul olub. Xavi yenidən hakimə qışqırmağa başlayıb. Hakim isə dərhal məşqçinin yanına qaçıb və ona birbaşa qırmızı vərəqə göstərib. 

 





21.03.2024    çap et  çap et