525.Az

Skolari ilə müqavilə ləğv edildi


 

Skolari ilə müqavilə ləğv edildi<b style="color:red"></b>

“Atletiko Mineyro”nun baş məşqçisi Luis Felipe Skolari istefa verib.

525.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 75 yaşlı məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əməkdaşlığın dayandırılmasının səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, braziliyalı mütəxəssis 2023-cü ilin iyunundan “Atletiko Mineyro”nu çalışdırırdı. Komanda bu müddətdə 41 oyunun 19-da qələbə qazanıb, 10 heç-heçə edib və 12 məğlubiyyətlə üzləşib.

 





21.03.2024    çap et  çap et