525.Az

İndoneziya sahillərində zəlzələ baş verib


 

İndoneziya sahillərində zəlzələ baş verib<b style="color:red"></b>

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 2 milyon 370 min əhalinin yaşadığı Surabaya şəhərindən 167 km şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 10 km dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 





22.03.2024    çap et  çap et