525.Az

Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar


 

Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar<b style="color:red"></b>

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaq.

525.az xəbər verir ki, bu gün startı veriləcək mötəbər yarışda 4 idmançımız qüvvəsini sınayacaq.

Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.

Martın 24-dək davam edəcək Dünya Kubokunda beynəlxalq dərəcəli hakim Lalə Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.

 





22.03.2024    çap et  çap et