525.Az

Azərbaycan gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb


 

Azərbaycan gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb<b style="color:red"></b>

Azərbaycan gimnastı Məryəm Topçubaşova Portuqaliyanın Kantanhede şəhərində təşkil olunan 12-ci “Cantanhede” beynəlxalq açıq yarışında uğurlu çıxış edib.

525.az xəbər verir ki, o, aerobika gimnastikası üzrə turnirdə finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisinin 10 idmançı ilə qatıldığı yarış martın 24-də başa çatacaq.

 





22.03.2024    çap et  çap et