525.Az

Blinkenin İsrailə səfəri başlayıb


 

Blinkenin İsrailə səfəri başlayıb<b style="color:red"></b>

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Qüdsdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, A.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.

ABŞ dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir

Qeyd olunub ki, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri A.Blinkenin İsrailə altıncı səfəridir.

 





22.03.2024    çap et  çap et