525.Az

"Xaviyə hörmət etdiyimizə görə Enrike ilə danışıq aparmamışıq"


 

"Xaviyə hörmət etdiyimizə görə Enrike ilə danışıq aparmamışıq"<b style="color:red"></b>

"Barselona" hələlik heç bir məşqçi ilə danışıq aparmır.

QOL.az xəbər verir ki, bunu İspaniyanın MD nəşrinə açıqlamasında klub prezidenti Joan Laporta deyib.

O, komandanın sabiq çalışdırıcısı, hazırda PSJ-nin baş məşqçisi olan Luis Enrikenin "Barselona"ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırarkən bu barədə danışıb: "Luis Enrike bəyəndiyim mütəxəssisdir. O çox yaxşı məşqçidir, amma Xaviyə hörmət etdiyimizə görə Enrike və ya başqa bir məşqçi ilə danışmamışıq. "Barselona'ya gəlmək istəyən məşqçi mövsümün sonuna qədər gözləməlidir. Çünki biz Xavi'nin yekun qərarını gözləyəcəyik".

Xatırladaq ki, Xavi bir müddət əvvəl mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Klub rəhbərliyinin isə onu fikrindən daşındırmağa çalışdığı haqda xəbərlər yayılır.

 





22.03.2024    çap et  çap et