525.Az

Rusiya hazırda müharibə vəziyyətindədir


 

Rusiya hazırda müharibə vəziyyətindədir<b style="color:red"></b>

Rusiya hazırda müharibə vəziyyətindədir, bunu hamı başa düşməlidir.

525.az APA-ya istinadən  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Arqumentı i Faktı” nəşrinə müsahibəsində deyib.

“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başlayıb, amma orada bu qruplaşma yaranan kimi, kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısına çevriləndə bizim üçün bu, artıq müharibəyə çevrildi. Mən buna əminəm. Bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov vurğulayıb ki, Rusiya Ukraynanın hərbi potensialının onun vətəndaşlarının və ərazisinin təhlükəsizliyinə təhdid yaratmaması üçün fəaliyyətə davam edəcək.

Qeyd edək ki, Kreml rəsmisi ilk dəfə olaraq Ukraynada aparılan hərbi əməliyyatları müharibə adlandırıb. Belə ki, rəsmi Moskva indiyə kimi bunu müharibə kimi deyil, xüsusi hərbi əməliyyat adlandırıb.

 





22.03.2024    çap et  çap et