525.Az

Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır


 

Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır<b style="color:red"></b>

Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bayburt şəhərində gənclərlə görüşündə deyib.

O bildirib ki, xüsusilə Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi olan KAAN-nın uğurlu olacağına əsl dostlar istisna olmaqla kimsə inanmırdı: “Amma təyyarəmiz ilk uçuşunu artıq həyata keçirdi və təhlükəsiz şəkildə yerə endi”.

Y.Gülər, həmçinin söyləyib ki, Türkiyə üçün risk və təhlükə həmişə var: “Heç vaxt bunu unutmamalıyıq”.

 





22.03.2024    çap et  çap et