525.Az

Arnold "Real"a keçə bilər


 

Arnold "Real"a keçə bilər<b style="color:red"></b>

"Real" "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnoldu transfer edə bilər.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

 Madrid klubu ingiltərəli futbolçunu yaxından izləyir. Onun xidmətində Avropanın daha bir neçə klub da maraqlıdır.

Aleksandr-Arnoldun "Liverpul"la müqaviləsi gələn ilin yayına qədərdir. Hazırda onun sözləşməsinin artırılması ilə bağlı danışıqların getmədiyi bildirilir. "Real"ın isə artıq futbolçu ilə təmas qurduğu vurğulanıb.

Qeyd edək ki, 2016-cı ildən "Liverpul"da çıxış edən futbolçu bu mövsüm Mersisayd klubunda 29 oyuna 2 qol vurub, 10 qol ötürməsi edib.

 





22.03.2024    çap et  çap et