525.Az

TPAO Mərmərə dənizində neft axtaracaq


 

TPAO Mərmərə dənizində neft axtaracaq<b style="color:red"></b>

Türkiyənin neft-qaz şirkətinə Mərmərə dənizində neft kəşfiyyatı işləri aparılması üçün lisenziya verilib.

525.az-ın “Report”a  istinadən verdiyi məlumata görə, “Turkish Petroleum” (Türkiye Petrolleri Anonim Ortaklığı - TPAO) dövlət neft şirkəti Mərmərə dənizinin Türkiyə sektorunda neftin axtarışına dair kəşfiyyat işlərinin təşkili üçün lisenziya alıb.

Bununla da Türkiyə bu il neftə olan tələbatının 10 %-ni ölkənin cənub-şərqindəki yataqlardan təmin etməyi planlaşdırır.

Kəşfiyyat işləri Mərmərə dənizinin Tekirdağ, Balıkəsir və Çanaqqala sahillərində aparılacaq. İşlər 95 min 55 hektar sahədə görüləcək və təxminən 8 il müddətində davam edəcək.

Bundan əvvəl isə Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək ölkənin bu il neftə olan tələbatının 10%-ni, 2026-cı ildə isə Türkiyənin cənub-şərqindəki yataqlardan 18%-ni təmin etmək niyyətində olduğunu bildirmişdi.

 





22.03.2024    çap et  çap et