525.Az

"Crocus City Hall"da ölənlərin sayı 93-ə çatıb - YENİLƏNİB-2


 

"Crocus City Hall"da ölənlərin sayı 93-ə çatıb - <b style="color:red"> YENİLƏNİB-2</b>

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

525.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

525.az APA-ya istinadən xəbər verir ki, “112” teleqram kanalı ölənlərin sayının 82 nəfərə çatıb.

Yaralıların dəqiq sayı barədə isə məlumat verilməyib.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Moskva vilayətinin Səhiyyə Nazirliyi isə terror aktında həlak olanlar arasında 3 uşağın olduğunu açıqlayıb.

***

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, ölənlərin sayı 80 nəfərə çatıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

 





23.03.2024    çap et  çap et