525.Az

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı heç bir müraciət daxil olmayıb


 

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı heç bir müraciət daxil olmayıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.

525.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Səfirliyimizdən məlumat verilib.

Bildirilib ki, terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi Səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. "İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı , böyük ehtimalla Rusiya vətəndaşı olan azərbaycanlının adı olub.

Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu məlumatların, o cümlədən qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir", - deyə Səfiriyin məlumatında qeyd olunub.

Qeyd edək ki, son məlumata görə, martın 22-də törədilmiş terror aktı nəticəsində 143 nəfər həlak olub.

 

 





23.03.2024    çap et  çap et