525.Az

Terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək


 

Terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək<b style="color:red"></b>

Moskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya terrorizmlə mübarizəyə yönəlmiş bütün səyləri dəstəkləyir: “Rusiya faciəyə biganə qalmayan hər kəsə minnətdardır”.

Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

 





23.03.2024    çap et  çap et