525.Az

Livandan İsrailə 50-yə yaxın RAKET ATILDI


 

Livandan İsrailə 50-yə yaxın <b style="color:red">RAKET ATILDI</b>

İsrail ordusu Livandan ölkənin şimalına 50-yə yaxın raket atışını qeydə alıb və hücumların həyata keçirildiyi ərazilərə zərbələr endirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Livandan İsrailin şimalına doğru 50-yə yaxın raket buraxılışı qeydə alınıb, onlardan bir neçəsinin qarşısı alınıb, qalanları isə yaşayış olmayan ərazilərə düşüb. Təyyarələr buraxılış qurğularına hücum edib, onlardan bəzilərinin buraxılışı müəyyən edilib", - İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

 





24.03.2024    çap et  çap et