525.Az

Terrorçuların milliyyəti, vətəni və dini olmur - Tacikistan Prezidenti


 

Terrorçuların milliyyəti, vətəni və dini olmur - <b style="color:red">Tacikistan Prezidenti</b>

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.

525.az APA-ya istinadən xəbər verir ki, Tacikistan Prezidenti "Crocus"da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.

Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.

 





24.03.2024    çap et  çap et