525.Az

“Tarixi yaradanlar” silsiləsindən “Məmməd Əmin Rəsulzadə” kitabı


 

“Tarixi yaradanlar” silsiləsindən “Məmməd Əmin Rəsulzadə” kitabı<b style="color:red"></b>

Məhəmməd Əmin Rəsulzadənin siyasi, publisistik, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Bütün ömrü boyu millətinin şərəfi, ləyaqəti, hüriyyəti uğrunda mübarizə aparan Azərbaycan Cümhuriyətinin banisi M.Ə. Rəsulzadənin həyatı, şəxsiyyəti və istiqlal savaşı haqqında bir çox araşdırmalar aparılıb, kitablar, məqalələr yazılıb.

Tanınmış jurnalist və tədqiqatçı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin Altun kitab nəşriyyatının Tarixi yaradanlar layihəsi çərçivəsində qələmə aldığı “Məmməd Əmin Rəsulzadə” kitabı elmi istinadları və publisistik tərzi ilə seçilir.

Professor Qulu Məhərrəmli kitabın ərsəyə gəlməsi barədə "525-ci Kanal"a danışdı. 

Nigar Abbasova

 





24.03.2024    çap et  çap et