525.Az

Amerikalıların əksəriyyəti yaxın illərdə dünya müharibəsinin olacağını düşünür


 

Amerikalıların əksəriyyəti yaxın illərdə dünya müharibəsinin olacağını düşünür<b style="color:red"></b>

Əksər amerikalılar yaxın 5-10 il ərzində daha bir dünya müharibəsinin baş verəcəyinə inanırlar.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə The Hill YouGov-un sorğusuna istinadən məlumat yayıb.

Beləliklə, ABŞ vətəndaşlarının 61%-i yaxın 5-10 il ərzində dünya müharibəsinin başlamasının “çox ehtimal” və ya “bir qədər ehtimal” olduğu fikrini ifadə edib. Digər 18% isə bu məsələ ilə bağlı qeyri-müəyyənliyini ifadə edib.

Respondentlərin 21%-i hesab edir ki, qarşıdakı illərdə qlobal münaqişə “az ehtimal olunur” və ya “heç də mümkün deyil”.

 





24.03.2024    çap et  çap et