525.Az

Gürcüstanın Baş naziri sabah Ermənistana səfər edəcək, Paşinyanla görüşəcək


 

Gürcüstanın Baş naziri sabah Ermənistana səfər edəcək, Paşinyanla görüşəcək<b style="color:red"></b>

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də Ermənistana səfərə gedəcək.

525.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Hökuməti yayıb.

Bildirilib ki, Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Hökumət başçısı həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.

Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.

 





25.03.2024    çap et  çap et