525.Az

Azərbaycan gimnastı Paris-2024-ə lisenziya qazandı


 

Azərbaycan gimnastı Paris-2024-ə lisenziya qazandı<b style="color:red"></b>

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

QOL.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.

Beləliklə, gimnastika yığmamızın Paris 2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.

 





25.03.2024    çap et  çap et