İsrail qırıcıları Livan daxilində Hizbullah qruplaşmasının hərbi binasını bombalayıb.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Hücum Livanın cənubundakı Meiss əl-Cəbəldə qrup üzvlərinin qaldığı bölgəyə həyata keçirilib.
Həmçinin bildirib ki, gecə ərzində Livandan İsrailin şimalındakı Manara yaxınlığındakı hərbi məntəqəyə 15 raket atılıb. Raketlər açıq ərazilərə düşüb və itki olmayıb.
çap et