525.Az

Klub prezidenti qəza törətdi, bir nəfər öldü


 

Klub prezidenti qəza törətdi, bir nəfər öldü<b style="color:red"></b>

Türkiyənin "Kayserispor" klubunun prezidenti Ali Çamlı avtoqəza törədib.

QOL.az xəbər verir ki, onun idarə etdiyi avtomobil elektrikli velosipedlə toqquşub.

Velosipedin sürücüsü 60 yaşlı Suriya vətəndaşı ağır yaralanıb. İbrahim adlı şəxs xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Handisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 





25.03.2024    çap et  çap et