525.Az

Moskvada klinikadan partlayış təhlükəsi ilə əlaqədar 900 nəfər təxliyə edilib


 

Moskvada klinikadan partlayış təhlükəsi ilə əlaqədar 900 nəfər təxliyə edilib<b style="color:red"></b>

Moskvada N.İ.Piroqov adına Məsləhət diaqnostika Mərkəzinin klinikası partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

525.az APA-ya istinadən  xəbər verir ki, 900 nəfərin İzmailovski Məsləhət-Diaqnostika Mərkəzindən çıxarıldığı bildirilib.

İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş idarəsindən bildirilib ki, klinikaya bomba qoyulması ilə bağlı məlumat yalan olub.

 





25.03.2024    çap et  çap et