525.Az

"Qarabağ"ın qapıçısı Bakıya qayıtdı


 

"Qarabağ"ın qapıçısı Bakıya qayıtdı<b style="color:red"></b>

Rusiya millisinə dəvət alan "Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıya qayıdıb.

QOL.az xəbər verir ki, o, bu barədə "Championat" nəşrinə açıqlamasında deyib.

32 yaşlı qolkiper Rusiya yığmasının düşərgəsini tərk edib və Azərbaycana gəlib. O, bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Rusiya millisinin Paraqvayla bu gün yoldaşlıq görüşü nəzərdə tutulsa da, ölkədə baş verən terror aktına görə oyun ləğv edilib. Lunyov millinin martın 21-də Serbiya ilə keçirilən yoldaşlıq matçında (4:0) meydana çıxmayıb.

 





25.03.2024    çap et  çap et