525.Az

Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edilib


 

Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edilib<b style="color:red"></b>

Moskvanın Basmannı məhkəməsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib.

525.az-ın məlumatına görə, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb.

O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq.

Məhkəmə bağlı qapılar arxasında keçirilib.

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb. ("Report") 

 





25.03.2024    çap et  çap et