525.Az

“Crocus”da ölənlərin sayı 139-a çatıb


 

“Crocus”da ölənlərin sayı 139-a çatıb<b style="color:red"></b>

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.

525.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkin bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 (137 nəfər hadisə yerində) nəfər həlak olub.

Ölənlərdən 75 nəfərin şəxsiyyəti müəyyən edilib.

Ölənlərdən 40-ı güllə yaralarından, 45-i isə yanğından dünyasını dəyişib. (APA) 

 





25.03.2024    çap et  çap et