525.Az

"VAR olsaydı, qapımıza vurulan qol ləğv ediləcəkdi" - Coşqun Diniyev


 

"VAR olsaydı, qapımıza vurulan qol ləğv ediləcəkdi" - <b style="color:red">Coşqun Diniyev</b>

“Bolqarıstanla matçı nəticə və oyun baxımından iki yerə bölmək olar. Nəticə bizi tam qane etməsə də, düşünürəm ki, yaxşı futbol sərgilədik. Bolqarıstan millisi Millətlər Liqasında qarşılaşacağımız rəqiblərlə demək olar ki, eyni səviyyədə komandadır”.

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev  jurnalistlərə açıqlamasında “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla 1:1 hesablı heç-heçəni şərh edərkən deyib.  

O, millinin hücumda aktivliyi artırmalı olduğunu bildirib: “Xeyli qol epizodlarını boşa verdik. Təəssüf ki, qələbə qazana bilmədik və yekunda heç-heçə ilə kifayətlənməli olduq. Hücumda daha çox aktivliyimizi artırıb, gələcəkdə nəticələrimizi yaxşılaşdırmalıyıq”. 

29 yaşlı futbolçu Bolqarıstanla matçın hakimliyinə də toxunub: “Hakimdən biz haqqımızı tələb etsək, mübahisəyə girişsək, qırmızı vərəqə alacağıq. Düşünürəm ki, rəsmi oyun olsaydı, hakim səhv etməkdən qorxardı. VAR da yox idi. VAR olsaydı, qapımıza vurulan qol ləğv ediləcəkdi. Təkrardan da açıq-aşkar görünürdü ki, rəqib fərqləndiyi epizodda hakimin künc zərbəsi qərarı yanlış idi. Top rəqib futbolçudan çıxmışdı”. 

Klub karyerasından da söz açan C.Diniyev növbəti mövsümdə də Türkiyədə çıxış etmək istədiyini vurğulayıb: “Komandada işlərim pis getmir. Digər birinci liqa klublarından da təkliflər var. Növbəti mövsümdə “Ümraniyespor”da olmasa da, Türkiyədə qalmağı düşünürəm”.

 





26.03.2024    çap et  çap et