525.Az

Laporta yenidən klub prezidenti olmaq üçün...


 

Laporta yenidən klub prezidenti olmaq üçün...<b style="color:red"></b>

"Barselona"nın prezidenti Joan Laporta vəzifəsində qalmaq üçün yeni plan hazırlayıb.

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klubun növbəti prezident seçkiləri 2026-cı ildə keçiriləcək. Laporta da bu seçkilərdə öz namizədliyini irəli sürəcək.

O, kifayət qədər səs toplamaq üçün ciddi adımlar atmalı olduğunun fərqindədir. Buna görə də Laporta "Mançester Sti"nin futbolçusu Erlinq Haalandı transfer etmək istəyir. Klub prezidenti bu transferi ən gec 2025-ci ilin yayına qədər bitirməyi planlaşdırır.

Laportanın seçki kampaniyasına təmir edilən "Camp Nou"nun açılışı da daxil ola bilər.

Bu planları həyata keçirmək üçün 2026-cı ilə qədər Barselonada həm iqtisadi, həm də idman vəziyyəti yaxşılaşmalıdır.

 





26.03.2024    çap et  çap et