525.Az

Xavi üçün mübarizəyə başladılar


 

Xavi üçün mübarizəyə başladılar<b style="color:red"></b>

Cari mövsümün sonunda "Barselona"dan ayrılacaq Xavi üçün artıq nəhəng klublardan təkliflər gəlir.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Mütəxəssislə əsasən İngiltərə klubları maraqlanır. "Çelsi" və "Nyukasl" hazırda Xavi üçün mübarizə aparırlar.

“Çelsi”nin hazırkı baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettinodur. İngiltərə çempionatının 27 turundan sonra London təmsilçisi 39 xal toplayıb və 11-ci yerdədir.

"Nyukasl"ın baş məşqçisi isə Eddi Houdur. İngiltərə Premyer Liqasının 28-ci turundan sonra komanda 40 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Xavi yanvar ayında cari mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.

 





26.03.2024    çap et  çap et