Hizbullah qruplaşmasının baza və qəsəbələrə hücumundan sonra İsrail Livanın dərinliklərinə zərbələr endirəcəyini açıqlayıb.
525.az “Report”-a istinadən xəbər verir ki, qruplaşmanın əsas qalası hesab olunan Baalbek rayonu bombalanacaq.
“Livan mediası İsrailin Livanın şimal-şərqindəki Baalbek yaxınlığında hava hücumu həyata keçirdiyini yazır. Görüntülərdə hədəf alındığı iddia edilən ərazidən tüstünün qalxdığı görünür. Keçmişdə Hizbullah qalası kimi tanınan Baalbek İsrail sərhədindən təxminən 100 kilometr aralıdadır”, - məlumatda qeyd olunub.
çap et