525.Az

“Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı sərgi açılıb


 

“Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı sərgi açılıb<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatının yaradıcılarından biri, ictimai dövlət xadimi, mənalı həyatını, şərəfli ömrünü vətəninə və xalqına həsr edən əbədiyaşar Xalq yazıçısı Mehdi Hüseyn 1909-cu il 22 martda Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub.

525.az xəbər verir ki, Mehdi Hüseyn ədəbiyyat və mədəniyyətimizi mükəmməl bilən, ədəbiyyatımızı sənət inciləri ilə zənginləşdirən, əsərlərində bəşəri fikir və ideyaları əks etdirən istedadlı sənətkardır. "Daşqın", "Kin", "Fəryad" və s. povestlərin, "Tərlan", "Abşeron", "Qara daşlar", "Səhər", "Yeraltı çaylar dənizə axır" və s. romanların, "Nizami", "Şöhrət", "Şeyx Şamil", "Cavanşir", "Alov" və s. dramların, pyeslərin, kino Ssenarilərin müəllifidir.

Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Yazıçının anadan olmasının 115 illiyimünasibətilə Milli Kitabxanada “Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələrivə redaktə etdiyi, haqqında yazılmış kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi 1 həftə müddətində davam edəcək.

 





27.03.2024    çap et  çap et